“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


31.08.2018  17:23 

Poçtla narkotik maddə gətirənin məhkəməsi oldu





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində poçt vasitəsilə narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə şahidlər dindirilib.

"Azərpoçt"un əməkdaşı Elmira Abbasova bildirib ki, xaricdən Çingiz Muradovun adına fevralın əvvəlində məktub gəlib və bu barədə ona zəng edərək məlumat verib: "Çingizə göndəriş gəlmişdi, ona məlumat verdik. Sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib baratdakı əşyalara baxış keçirdilər".

Ç. Muradov deyib ki, o, poçta gedərək məktubdan imtina edib: "Oradan çıxandan sonra DTX məni saxlayıb yenidən poçta gətirdi".

Hakim şahidlərin dindirilməsinin məhdudlaşdırıldığını bildirib. Növbəti iclasda sənədlərin tədqiq ediləcəyi elan olunun.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Çingiz Muradov Musiqi Akademiyasında təhsil alıb.

Xəbər 1197 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +