“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


11.08.2018  14:48 

Əkin sahələrini yandıran daha 4 nəfər saxlanıldı





A+  A-

Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib.
DİN-dən XəzərNews.az-a verilən xəbərə görə, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanıb. Yanğınların qarşısı alınıb, xəsarət alan olmayıb.
Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.

Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə ediliblər.

Xəbər 1543 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +