Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


26.04.2022  11:43 

Hökuməti ciddi addımlar atmalı, “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmalıdır - Deputat





A+  A-

“Dünyada gedən çox ciddi iqtisadi böhran Azərbaycana da mənfi təsir göstərir”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Vahid Əhmədov bildirib.

O xatırladıb ki, bu günlərdə Azərbaycan Prezidenti süni qiymət artımı ilə mübarizəyə dair tapşırıq verib:

“Süni qiymət artımı çox ciddi problemə çevrilib. Bunun qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən ciddi addımlar atılmalıdır”.

Deputat bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəzi işlər görür: “Amma bu işlər geniş vüsət almalıdır”.

Deputat Azərbaycan saytlarına Rusiyada qadağa qoyulmasına da münasibət bildirib:

“Amma Azərbaycanda “Sputnik-Azərbaycan” agentliyi fəaliyyət göstərir. Bu yaxınlarda da Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib bu kanala rəhbər təyin ediblər. Bu kanalın, agentliyin fəaliyyəti dayandırılmalıdır. Mən buradan Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik-Azərbaycan”nın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”.

Xəbər 1394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +