Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


13.06.2021  09:43 

ABŞ təmsilçisi G7 sammitində protokolu pozdu





A+  A-

ABŞ prezidenti Co Bayden və xanımı Cill Bayden G7 sammitində krallıq protokolunu pozublar.
XəzərNews.az “Daily Star”a istinadən xəbər verir ki, qaydalara əsasən, Böyük Britaniya kraliçası II Elizabet də daxil olmaqla kral ailəsinin üzvləri tədbirə sonda qatılmalıdırlar. Ümumilikdə, qonaqlar bu müddətədək sammitə daxil olmalıdırlar. Bundan başqa, yalnız kraliça tədbirdən ayrıldıqdan sonra digər qonaqlar da tərk edə bilərlər.

Ancaq ABŞ prezidenti və onun xanımı bir neçə dəqiqə gecikmə ilə tədbirə sonuncu olaraq gəliblər. Bununla belə, kraliça ABŞ liderinə irad tutmayıb – bu, Co Baydenin prezident olduqdan sonra kraliça ilə ilk görüşü idi.

Qeyd edək ki, Ağ Evdə kraliça II Elizabetin titulu ilə bağlı iki dəfə səhvə yol verilib – Cen Psaki onu “İngiltərə kraliçası” adlandırıb (bu titul 1707-ci ildən bəri artıq istifadə olunmur).

Xəbər 1433 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +