Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


26.05.2021  11:58 

DİN-dən Təbriz Gülalıyevin düşdüyü qəza ilə bağlı açıqlama





A+  A-

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin dünən düşdüyü qəza ilə bağlı açıqlama verib.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə mayın 25-də axşam saat 18 radələrində qeydə alınıb: “Vətəndaş Təbriz Gülalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırma aparılır. Həkimlər Aynur Əhmədovanın vəziyyətini ağır, Təbriz Gülalıyevin vəziyyətini orta-ağır olaraq qiymətləndirir".

Qeyd edək ki, T. Gülalıyev özü qəza zamanı qarşıdan gələn avtomobillə toqquşduğunu bildirmişdi: "Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq".

Xatırladaq ki, Oqtay Gülalıyev də ötən ilin sentyabrında piyada xəttində avtomobil vurması nəticəsində komaya düşüb.

Xəbər 1725 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +