Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


24.12.2020  10:57 

İrəvanda növbəti aksiya - Polis kordon qurdu





A+  A-

Ermənistan polisi etirazçılar tərəfindən hökumət binasının bağlanmasının qarşısını almaq üçün Melik Adamyan küçəsində kordon qurub.
XəzərNews.az xəbər verir ki, hökumət binasının ətrafı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. Binanın bloklanması səhər saat 10-a planlaşdırılsa da, müxalifətçilər hələ kütləvi şəkildə toplaşmayıblar.

Dekabrın 23-də “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyan Nazirlər Kabinetinin iclasının keçiriləcəyi Ermənistan hökumətinin binasını mühasirəyə almaq niyyətində olduqlarını açıqlayıb.

Polislərin hökumət binasını mühasirəyə almasını Manukyan istehza ilə “Polislər nazirlərin içəri girə bilməməsi üçün hökumət binasını mühasirəyə alıblar. Biz bu məsələdə onlara kömək etmək üçün gəldik. Gizlincə girsələr də, çıxa bilməyəcəklər”,-deyə şərh edib.

Qeyd edək ki, 10 noyabrdan etibarən İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyaların əsas təşkilatçıları “Daşnaksütyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır. Etirazçılar bu dövrdə mütəmadi olaraq müxtəlif küçələri hərəkətə bağlayıblar.

Xəbər 1910 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +