Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


12.11.2020  16:54 

Rusiya XİN rəhbəri Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirdi





A+  A-

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında Dağlıq Qarabağın statusu ilə bağlı sualları cavablandırıb.
XəzərNews.az xəbər verir ki, XİN başçısı bildirib ki, Dağlıq Qarabağın statusu bu bölgənin bütün kateqoriyalı sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək.

“Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, bu ərazidə yaşamağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Etimadı bərpa etmək, millətlərarası və dinlərarası sülhü bərpa etmək lazımdır. Bunun üçün məbədləri və məscidləri bərpa etmək və orada bütün millətlərin və bütün dinlərin nümayəndələrinin yan-yana yaşadığı normal bir həyat qurmaq lazımdır”,- deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, bu baxımdan, Dağlıq Qarabağın statusu məsələsinin həlli üçün hər hansı bir süni müddət müəyyənləşdirməyə ehtiyac yoxdur.

Xəbər 2708 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +