Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


05.10.2020  10:56 

Düşmən Azərbaycanı Ermənistandakı bu nöqtələrdən vurur





A+  A-

“Ermənistanın son hücumları kütləvi insan fəlakətinə səbəb ola biləcək haldır. Eyni zamanda Cenevre Konvensiyasına ziddir. Ermənistan bunu etməklə təxribat yaratmaq və üçüncü tərəfləri məsələyə cəlb etməyə çalışır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz tivitter hesabında yazıb.

O, paylaşımına infoqrafika da əlavə edib. Həmin xəritə tipli infoqrafikada düşmənin Azərbaycana atdığı raketlərin Ermənistanın öz ərazisindən tuşlandığı göstərilir.

Ermənilər müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil edib. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə, Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur.

Qeyd edək ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də tvitterdə sözügedən paylaşımı retvit edib.

Xatırladaq ki, H. Hacıyev ötən gün keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi.

Xəbər 2633 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +