Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


28.09.2020  14:46 

“Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir” - Saakaşvili





A+  A-

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycanla Ermənistan arasında son günlər davam edən hərbi toqquşmalara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Saakaşvili öz feysbuk hesabında paylaşım edərək, Dağlıq Qarabağın ərazisinin Azərbaycanın suverenitetinə daxil olduğunu bildirib.

“Azərbaycan və Ermənistan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərən hər kəsi çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Bu səbəbdən insan fədakarlığını və vəziyyətin kəskinləşməsini böyük ürək ağrısı ilə izləyirəm. Mənim mövqeyim çox aydındır, ərazi bütövlüyü prinsipinə söykənirəm, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bu, dəyişməyəcək.

Əlbəttə, eyni zamanda bu bölgədən çıxarılan və hazırda orada da yaşayan hər kəsin öz evlərinə qayıtmaq hüququ var. Onların dinc yaşamaq hüquqları qorunmalıdır. Gürcüstan, Qafqazın üç xalqı arasında qardaşlıq və dostluq münasibətlərinin qurulmasında maraqlıdır. Gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlər kimi olmalıdır. Xarici qüvvələr bizi ələ keçirməkdə və bizi idarə etməkdə maraqlıdır və biz buna heç bir şəkildə icazə verməməliyik!”,- deyə Saakaşvili qeyd edib.

Xəbər 2110 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +