Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


12.08.2020  09:54 

Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb





A+  A-

Avqustun 12-də 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb.
BNA-dan XəzərNews.az-a verilən məlumata görə, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir. Məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır.

Bildirilir ki, mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş olunur. Tövsiyə edilir ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və qol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir.



Xəbər 1764 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +