Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


26.07.2019  10:07 

Türkiyədə təbii fəlakət 5 can aldı





A+  A-

Türkiyədə baş verən torpaq sürüşməsi və sel nəticəsində 45 kəndə ciddi ziyan dəyib.
XəzərNews.az Türkiyə mediasına istindən xəbər verir ki, hadisə Düzcə şəhərində qeydə alınıb.

Hazırda bu vəziyyətdən zərər çəkən vətəndaşlara dövlət yardımının verilməsinə başlanılıb.

Hadisə yerini ziyarət edən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Məhməd Güllüoğlu baş vermiş təbii fəlakət zamanı itkin düşənlərdən beş nəfərin cəsədinin artıq tapıldığını, 3 və 7 yaşlı iki uşağın tapılması üçün isə axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib. O, axtarış-xilasetmə işlərinə 300-dən çox texnikanın və 700 canlı qüvvənin cəlb olunduğunu qeyd edib.

Xatırladaq ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində Türkiyənin Düzcə şəhərinin Cüməyeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib.

Təbii fəlakət nəticəsində minlərlə hektar əkin sahəsi yararsız hala düşüb, 170 minə yaxın ev heyvanı tələf olub. Hadisə nəticəsində 75-i ağır olmaqla 375 binaya zərər dəyib. Yüz ev isə tamamilə dağılıb.

Xəbər 1533 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +