Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


18.08.2018  13:57 

Sabah 33 dərəcə isti olacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu haqqında məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 16-21 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Avqustun 19-u axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək
Aran rayonlarında avqustun 18-i gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam və avqustun 19-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, avqustun 18-19-da hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Xəbər 1417 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +