Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.07.2018  22:26 

“Qanlı Ay” tutulması başlayıb





A+  A-

XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi başlayıb.
XəzərNews.az xəbər verir ki, tam tutulmanın başlanması isə saat 23:30-a təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna "Qanlı Ay" deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

Tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Bu gün həmçinin, Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb. Bu dəfəki ay tutulması hadisəsi birinci tutulmadan 27 dəqiqə uzun çəkəcək.

Xəbər 2225 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +