Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


18.10.2017  09:37 

Ermənistan əhalisinin sayı 2.5 milyon olacaq





A+  A-

Ermənistan əhalisinin sayı 2035-ci ilə qədər 2,5 milyon nəfərə qədər azala bilər. Buna səbəb kimi, ölkədəki demoqrafik vəziyyət və miqrasiya problemləri göstərilir.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, belə bir bəyanatla BMT-nin Əhali Fondunun Ermənistan üzrə nümayəndəsi Qarik Ayrapetyan çıxış edib.

Fondun məlumatına görə, əgər ölkə əhalisinin artımı üçün doğuş sayının çoxalması və repatriasiya üçün müvafiq addımlar atılsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı 3,2 milyonadək arta bilər.

Ayrapetyanın sözlərinə görə, teoretik olaraq bu mümkün olsa da, praktiki cəhətdən çox çətindir.

Onun sözlərinə görə, Ermənistan prezidentinin 2040-cı ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması barədə bəyanatı da sadəcə ambisiyalı çıxış deyil, bu çox çətin əldə oluna biləcək bir məqsəddir.

O bildirib ki, Ermənistanın gəlirlərin bərabərsizliyi baxımından dünya ölkələri sırasında ilk onluqda qərarlaşması həmin məqsədin necə çətin olduğunu sübut edir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır.

Xəbər 1432 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +