Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


26.05.2017  14:58 

Bu yolda hərəkət istiqaməti dəyişdirilir





A+  A-

Bakının "Qələbə” dairəsi kimi tanınan ərazisində yol-nəqliyyat hadisələrinin, baş verə biləcək sıxlığın yaranmaması məqsədilə həmin ərazidə avtomobillərin hərəkət istiqamətində dəyişiklik edilib.
XəzərNews.az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, Akim Abbasov küçəsindən Həsən bəy Zərdabi küçəsinin Molla Pənah Vaqif küçəsi ilə kəsişən hissəsinə çıxan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yalnız sağa – Həsən bəy Zərdabi küçəsi istiqamətinə yönəldilir.

Şöbə rəisinin sözlərinə görə, artıq son tamamlama işləri aparılır: "Molla Pənah Vaqif küçəsi boyunca yaşayan avtomobil sahiblərindən və sürücülərindən xahiş edilir ki, həmin ərazidə diqqətli olsunlar və qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Eyni zamanda həmin əraziyə yaxın məsafələrdə dayanma-durmanı qadağan edən yol nişanı qoyulacaq ki, bu da sürücülər tərəfindən nəzərə alınmalıdır”.

Xəbər 1571 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +