Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


22.05.2017  13:39 

Azərbaycan Gürcüstanla hərbi əməkdaşlığı müzakirə edib





A+  A-

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.
Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.
Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onların xatirəsini yad ediblər.

Xəbər 1620 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +