Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.04.2017  14:12 

Azərbaycanda ata və oğul bir-birini məhkəməyə verdi





A+  A-

Azərbaycanda mənzilə görə ata və oğul məhkəmədə görüşəsi olub.
Ata Həsənov Elşən Əsgər oğlu məhkəmə iddiası qaldıraraq oğlu Həsənov Əsgər Elşən oğlunun mənzildən istifadə hüququna xitam verilməsini istəyib.

Oğul da qarşılıqlı iddia verərək E.Həsənovun mənzili özəlləşdirməsinin etibarsız hesab edilməsini, maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

Hər iki şikayətə Yasamal rayon məhkəməsində baxılıb. Bu il fevralın 20-də iş üzrə qətnamə çıxarılıb. Elşən Həsənovun iddiası təmin edilib və Əsgər Həsənovun mənzildən istifadə hüququna xitam verilib. Ə.Həsənovun qarşılıqlı iddiası isə rədd edilib.

Ə.Həsənov qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin sədrliyi ilə aprelin 11-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 2142 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +