Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA


01.04.2025  14:09 

Azərbaycanlılar Haaqada etiraz aksiyası keçirdi - Video





A+  A-

Avropada yaşayan Azərbaycanlılar Haaqadakı “Sülh və Ədalət Sarayı”nın qarşısında ədalət çağırışı ilə etiraz aksiyası keçiriblər.

XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar son vaxtlar Avropa və Niderland parlamentlərində ölkəmizə qarşı qərəzli münasibətlərə etiraz olaraq, “Sülh və Ədalət Sarayı”nın qarşısında yürüş və etiraz nümayişinə çıxıblar.

Soydaşlarımız “Sülh və Ədalət paytaxtı” olan Haaqanı ədalətə çağırıblar. Aksiya iştirakçıları ermənilərin vəhşiliyini əks etdirən Xocalı soyqırımı, eləcə də əsrin əvvəlində azərbaycanlılara qarşı törədilən 31 Mart genosidi qurbanlarının ədalətə layiq olduqlarını bəyan ediblər.

Xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyini əks etdirən nümayişdə “Etnik təmizləmə qurbanı olan günahsız Azərbaycanlılara ədalət!”, “Ədalət və məsuliyyət uğrunda birləşin!”, “Cəzasızlıq ədalətsizliyi artırır!”, “Erməni hərbi cinayətkarlarının cəzasız qalmasına son qoyulsun!”, “Cəzasızlığı dayandırın, məsuliyyətə başlayın!”, “Müharibə cinayətlərinə görə cəzasızlığa artıq dözmək olmaz!”, “Zülmə son qoy, həqiqəti söylə!”, “Bu günün məsuliyyəti – sabahın cinayətinə son qoyur!”, “İnsanlıq üçün hərəkət edin, təcavüzə qarşı çıxın!”, “Ermənistan, hərbi cinayətkarları müdafiə etməyin, onları mühakimə edin!”, “Ədalət üçün ayağa qalx!”, “Azərbaycan üçün həqiqət, hamı üçün ədalət!”, "Ermənistanın işğalına yox deyək!", “Bütün dünyada tanınan Azərbaycanın haqqı!”, “Ədalət, sülh və həqiqət üçün birlikdə!”, “Beynəlxalq ədalətə qayıdaq!”, “İkili standartlara son qoyaq!”, “Mirotvorets” siyahısına görə Ruben Vardanyana rəhm edilmir” kimi şüarlar səsləndirilib, Avropanın ikili standartlara son qoymasına çağırış edilib.

Avropada yaşayan soydaşlarımız tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı kütləvi qətilamlar, soyqırımı aktları törətdiklərini xatırladıblar. Onlar ermənilərin cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda bu soyqırımı aktlarının beynəlxalq hüququn normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, eləcə də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayət olduğunu bildiriblər.

Nümayişçilər 1918-ci il martın 31-də - 107 il əvvəl ermənilərin azərbaycanlılara qarşı törətdikləri hadisələrin soyqırımı kimi tanınmasını tələb ediblər.

Etirazçılar Ermənistanın minaların xəritəsini verməkdən imtina etməklə müvafiq Cenevrə konvensiyalarının kobud şəkildə pozduğunu vurğulayıblar.

Onlar “Mina qurbanı olan azərbaycanlıların əzabına son qoyulsun!”, “Günahsız azərbaycanlıları erməni minalarından qoruyaq!”, “Minasız dünya üçün ayağa qalxaq!”, “Minalar gizli qatillərdir, minalara yox deyin!”, “Ermənistan, minalanmış ərazilərin xəritəsini Azərbaycanla paylaş!” şüarları ilə “Sülh və Ədalət Sarayı”nı bu haqsızlığa son qoymağa səsləyiblər. Erməni minalarının hələ də günahsız insanları öldürməkdə olduğu diqqətə çatdırılıb.

Soydaşlarımız Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılar üçün də ədalət çağırışı ediblər. İtkin azərbaycanlıların tapılmasına ümidin itmədiyini deyib və Ədalət məhkəməsi qarşısında “İtkin düşmüş azərbaycanlıların tapılmasına kömək edin, onlar unudulmur!”, “Hər dəqiqə önəmlidir: bilmək hüququna riayət edilməlidir!”, “Hər bir itkin şəxs önəmlidir!”, “Ermənistan, kütləvi məzarlığı Azərbaycanla paylaşın” şüarları səsləndiriblər. Məhkəməyə əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı onların yaxınlarının hüquqları xatırladılıb.



Xəbər 1394 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +