Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.09.2021  19:45 

Mərkəzi Bank banklara göstəriş verdi





A+  A-

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “Tədavüldə təmiz pul siyasəti” həyata keçirir.
XəzərNews.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və yaxud AMB-nin müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.

Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə (ABB) məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır. Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən ABB-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

Xəbər 2579 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +