Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


30.09.2019  16:42 

Arif Hacılı da namizədliyini irəli sürdü





A+  A-

Müsavat Partiyasının hazırkı rəhbəri Arif Hacılı başqanlığa namizədliyini irəli sürüb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı o, sosial şəbəkədə paylaşıb. Bildirib ki, sabahdan seçki kampaniyasına başlayır:

“Platformamı elan edəcəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq.

Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir.

Qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. İnternet TV-lər vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq. Əminəm ki, Müsavat bu qurultaydan daha da güclənmiş çıxacaq. Müsavat Partiyası və Azərbaycanımız üçün xeyirli-uğurlu olsun”.

Qeyd edək ki, Arif Hacılıdan başqa, Tofiq Yaqublu və Yadigar Sadıqlı da başqanlığa namizəd olacaq.

Xəbər 2246 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +