Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


25.01.2018  08:52 

“Bizə qarşı müharibənin lideri olmusunuz” - Səməd Seyidov





A+  A-

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov yanvarın 24-də Assambleyanın iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana sərt cavab verib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, Səməd Seyidov Ermənistan prezidentinin çıxışının yalanla dolu olduğunu, onun dünya ictimaiyyətini aldatdığını bildirib. Nümayəndə heyətimizin rəhbəri Ermənistan dövlətinin başçısına müraciətlə deyib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla 600-dən çox insan ermənilər tərəfindən öldürülüb. Niyə etnik təmizləmə barədə danışmadınız? Siz hazırda beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğal olunduğunu bəyan edib. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.

Xəbər 1715 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +