Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


02.03.2025  12:52 

Restoranların fantastik iftar qiymətləri - SİYAHI





A+  A-

Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb.

XəzərNews.az xəbər verir ki, İqtisadiyyat.az-ın araşdırmasına görə, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir.

Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir.

Restoranların bir nəfər üçün təklif etdiyi iftar menyularının qiymətini təqdim edirik:

“Günaydın” restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır

“Fairmont Baku”nun “Le Bistro” restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir.

“Hilton”un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan “Sky Grill”də bir nəfər üçün iftar qiyməti 60 manatdır.

“Hilton”un 1-ci mərtəbəsində yerləşən “Cilantro Restoranı” isə bir nəfərə iftar süfrəsini 49 manata açır.

“The Landmark”ın 20-ci mərtəbəsində yerləşən “Caspian Grill & Terrace” restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur.

Səməd Vurğun küçəsindəki “Şehrazat” restoranında iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servis haqqı tətbiq edilir.

Ağ şəhərdə yerləşən “Bashkent White City”də iftar qiymətləri iki cür menyudan asılı olaraq 35-45 manat aralığında dəyişir.

“Dreamland”da iftar açmaq istəyən şəxs 33 manat və üstəgəl 6 faiz servis haqqı ödəməli olacaq.

Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mamounia Baku” restoranında iftar qiyməti 29 manat, əlavə olaraq servis haqqı isə 10 faiz təşkil edir.

“Fəvvarələr meydanı”ndakı “Fisincan” restoranı iftar süfrəsini müxtəlif cür menyular olmaqla 25, 30 və 35 manata təklif edir.

Eyni ərazidə, yerləşən “Caravan Baku”da isə qiymət 25 manat müəyyənləşib və bununla yanaşı 10 faiz servis haqqı nəzərdə tutulub.

Həmçinin burada məşhur “Firuzə” restoranı bir nəfərə iftar süfrəsini 24 manata təqdim edir.

“Salam Baku”
restoranında iftar menyusu 26 manata təklif olunur.

Neftçilər metrosu yaxınlığındakı məşhur “Biz-Bizə” restoranında iftar açmaq azı 30 manata başa gələcək.

Badamdar qəsəbəsində dağın üzərində dənizə açılan mənzərəyə malik “Luxury Life Restaurant” müqəddəs ayda iftar süfrəsini cəmi 25 manata təklif edir.

Qeyd edək ki, bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.

Xəbər 1569 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +