Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


21.02.2017  13:03 

Daha 16 dövlət obyekti ÖZƏLLƏŞDİRİLDİ





A+  A-

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.
Komitədən XəzərNews.az-a bildirilib ki, bu dəfəki hərracda ümumilikdə 16 dövlət əmlakı olmaqla 2 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 13 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.
Hərracda özəlləşdirilən 13 kiçik dövlət müəssisə və obyektindən 8-i paytaxtda, 1-i Sumqayıtda, 1-i Mingəçevirdə, 1-i Lənkəranda, 1-i Biləsuvarda, 1-i isə Gəncədə yerləşir. Bu əmlakların 1-i ticarət obyekti olub, 1-i xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən obyektə və Lənkərən rayonunda qeyri-yaşayış sahəsinə təklif olunub. Bunlar Sabunçu rayonundakı 101 kv.metr sahəsi olan 93 saylı mağaza və Lənkəran rayonundakı 433,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsidir. Sabunçu rayonunda yerləşən daşınmaz əmlaka 60 min manat təklif olunub və özəlləşdirilib. Lənkəran rayonundakı sahəsi isə 50 min manata özəlləşdirilib.
Qeyd edək ki, növbəti hərrac fevralın 28-də keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.

Xəbər 3462 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +