İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


20.01.2024  21:52 

Aleksey Sdobnov avtomobilində ölü tapılıb





A+  A-

Rusiyalı kino və serial aktyoru Aleksey Sdobnov avtomobilində ölü tapılıb.

Xəzərnews.az yerli mediaya istinadla bildirir ki, bu barədə onun prodüseri və kastinq direktoru Nataliya Boçarova danışıb.

Onun sözlərinə görə, aktyor yanvarın 12-dən 13-nə keçən gecə öz maşını ilə evə getmək üçün yola düşsə də, gəlməyib və maşında ölüb.

O da bildirilir ki, aktyorla vida mərasimi yanvarın 16-da Moskva vilayətində baş tutub. Sənətçinin 57 yaşı var idi.

Sdobnov “Çikatilo”, “Final sezonu”, həmçinin “Otel”, “Rusiya”, “Çizək”, “Rublyovkalı polis”, “Sklifosovski” seriallarında rol alıb. Ümumilikdə onun 40-dan çox layihəsi var.

Aktyorun ölüm səbəbi məlum deyil.


Xəbər 823 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +