İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


27.11.2022  11:24 

Korona 3 il sonra Çində yenidən aktivləşib





A+  A-

Dünyada COVUD-19-un meydana gəldiyi Çində 3 il sonra virus yenidən aktivləşib.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, 2019-cu ilin dekabrından bəri ölkədə gündəlik yoluxmaların sayı rekord qırıb.

Dünən son 24 saat ərzində 35,183 yeni yoluxma aşkar edildikdən sonra gündəlik yoluxmanın sayı rekord səviyyəyə çatıb.

Koronavirus səbəbindən ölkədə 6 aydan sonra ilk ölüm hadisəsi baş verib.

Çin əhalisini sayını nəzərə alaraq son rəqəmlər aşağıdır, lakin artım sürəti diqqətdən qaçmır.

Bir çox ölkə koronavirus tədbirlərini yumşaltsa da, Çin hələ də virusun gedişində və təqibində israr edir. Bu kontekstdə o, “sıfır hal” siyasətini həyata keçirir. Hökumət hesab edir ki, bu təcrübə çoxlarının, xüsusən də yaşlıların həyatını xilas edib.

Epidemiya başlayandan bəri Çində COVID-19 səbəbiylə 5200 nəfər ölüb. 1,4 milyard əhalisi olan ölkədə bu rəqəm 1 milyon nəfərə 3 nəfər düşür. Bu nisbət ABŞ-da 1 milyon adama 3 min olduğu halda, İngiltərədə 2 min 400-dür.

Lalə Zahidqızı
XəzərNews.az


Xəbər 829 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +