İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


03.05.2021  10:39 

“Fukusima” AES söküləcək





A+  A-

Yaponiyada 2011-ci ildə baş verən zəlzələ və sunamidən zərər görərək qəzaya uğrayan “Fukusima - 1” nüvə stansiyası söküləcək.
XəzərNews.az xəbər verir ki, Nüvə Tənzimləmə Təşkilatı (NRA) stansiyanı işlədən Tokyo Elektrik Enerjisi (TEPCO) firmasının reaktorların sökülməsi planını təsdiqləyib.

Ötən ilin may ayında təqdim olunan plana görə, Fukusima əyalətindəki stansiyadakı 4 reaktorun istismardan çıxarılması 44 il, istifadə edilmiş yanacaq hovuzlarında təxminən 10 min nüvə çubuğunun ayrılması 22 ildən çox vaxt aparacaq.

Operator şirkəti olan TEPCO, bəzi yanacaqların metal qablarda saxlanılacağı tullantı anbarı yaradacaq.

Plana görə, sökülmə prosesi 50 min ton radioaktiv tullantının meydana gəlməsinə səbəb olacaq.

Nüvə tullantılarının boşaldılması xaricində ümumi xərclərin 2,5 milyard dolları keçəcəyi təxmin edilir.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada baş verən zəlzələdən və ardınca gələn sunamidən sonra “Fukusima-1” Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb. Radiasiyanın səviyyəsi 20 dəfədən çox yüksəlib. Ətraf ərazilərdən bir neçə min adam evakuasiya olunub.

Xəbər 2279 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +