İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


15.01.2021  09:43 

Paşinyanın ailəsi Moskvada təhqir edildi





A+  A-

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla qızları Moskva aeroportlarının birində görüntüləniblər.
XəzərNews.az “Mediaport” teleqram kanalına istinadən xəbər verir ki, aeroportda rəsmi şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutulmuş zala daxil olan Rusiyanın erməni icmasının nümayəndələri Anna Akopyanla qızlarının ünvanına “satqınlar”, “eybəcərlər ailəsi” kimi təhqiramiz ifadələr səsləndiriblər.

Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri vasitəsilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş etdiyi RF Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təxliyə elan ediblər və VIP-zala girişi bağlayıblar.

Paşinyanın arvadı və qızları ehtiyat çıxış qapısından avtomobillərə qədər müşayiət edilib. Erməni icmasının üzvləri onları təhqir etməyə davam ediblər.

Xatırladaq ki, daha əvvəlki iddiaya görə, Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizlicə Moskvaya gedib. “News.am” saytının Moskvadakı mənbəsi isə Paşinyanın ailəsinin Moskvaya mənzil axtarmaq üçün getdiyini bildirib.

Xəbər 1591 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +