İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


02.06.2020  09:14 

Həftar daha bir qələbəsini elan etdi





A+  A-

Xəlifə Həftarın hərbi birləşmələri paytaxt Tripolidən 100 kilometr məsafədə yerləşən əl-Əsabiya şəhərini yenidən nəzarətə götürüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun nümayəndəsi Əhməd əl-Mismari açıqlama verib.

O bildirib ki, bu əl-Cəbəl əl-Qərbi şəhərində təkfiri birləşmələrinə qarşı həyata keçirdiyi hava hücumlarından sonra baş verib. Şəhər mayın 21-dən etibarən Milli Razılıq Hökumətinin nəzarətində idi.

Daha əvvəl Xəlifə Həftar ölkəyə rəhbərlik etmək qərarı aldığını və Mərakeşin Sxirat şəhərində 2015-ci ildə imzalanmış siyasi tənzimləmə müqaviləsinin ləğv olunduğunu açıqlamışdı.

Onun sözlərinə görə, xalqın istəklərinə uyğun olaraq Liviya ordusu ölkədə idarəetməni öz üzərinə götürəcək.



Xəbər 1704 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +