“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


03.03.2023  12:27 

“Moskva irəliləyişlərə imkan verməyib“ - Politoloq





A+  A-

Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıda Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçiliyinə qarşı çıxdı. Moskvanın özünün vasitəçiliyini regionda sülhə xidmət edəcəyini vurğuladı.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, Rusiyanın vasitəçiliyi ilə iki il ərzində imzalanan bəyanammə və sənədlər kağız üzərində qalıb:

"Moskva irəliləyişlərə imkan verməyib. Amma, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə müsbət irəliləyişlər əldə edilir. Bu da Moskvada ciddi narahatçılıq yaradır. Məhz N. Paşinyanda Rusiyanın vasitəçiliyində deyil, Qərbin vasitəçiliyində maraqlıdır.

Rusiya Qarabağda erməni icması ilə Azərbaycan arasında görüşdə vasitəçilik edir. Bununla Azərbaycana mesaj verir ki, Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyinə üstünlük verilərsə, "erməni icmasının" reinteqrasiyasına dəstək verəcəm. Ermənistana da mesaj verir ki, artıq Azərbaycanın mövqeyini dəstəkləyirəm".

Politoloq əlavə edib ki, Azərbaycan üçün fərqi yoxdur istər, Brüsseldə istərsə, Moskvada maraqlarına uyğun danışıqlara gedəcək:

"Artıq Fransa və Almaniya Avropa İttifaqının sülh təşəbbüslərinə çıxaraq "Qarabağın müstəqilliyindən" danışırlar. Görünür, Arayik Arutunyanda məhz Fransa və Almaniyadan gələn açıqlamara boylanaraq "müstəqillikdən" danışır. Bir sözlə, həm Moskva, həm də Qərb timsalında Fransa və Almaniya "erməni icmasi" kartından istifadə edərək regionda real sülhün əldə edilməsinə qarşıdır.

Belə götürdükdə, Azərbaycan silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməli, "Laçın" dəhlizində Nəzarət buraxılış məntəqəsi qoymaqla hər iki tərəfin əlindən Xankəndi kartına son qoymalıdır. Yoxsa, proses uzadılır".



Xəbər 1169 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +