Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


17.04.2025  16:07 

Azərbaycanlılar hökumətə sadiq qalıb - Təhlil





A+  A-

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilk xarici səfərini aprelin 15-də Azərbaycana etdi. Aprelin 16-da Prezident İlham Əliyev gürcüstanlı həmkarını qəbul etdi və liderlər arasında təkbətək görüş oldu.

Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib. Əvvəlcə deyim ki, Gürcüstan Azərbaycanın regionda ən etibarlı tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünə hörmət edir. Kavelaşvili Prezident İlham Əliyevlə mətbuata bəyanatında bu məsələyə toxunaraq “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim” deyib.

Tbilisi həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan-Azərbaycan arasında danışıqlarda konstruktiv mövqe sərgiləyib, yeri gəldikdə, vasitəçilik təklifləri irəli sürüb. 44 günlük müharibə zamanı Gürcüstan Rusiya və Qərbdən gələn yardımların Ermənistana keçidinə də imkan verməyib. Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Abxaziya, Osetiya münaqişələrində Tbilisini dəstəkləyib.

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkədəki ən sabit və sülh tərəfdarı olan etnik azlıqdır. Gürcüstanda abxazlar, osetinlər, hətta ermənilər belə Rusiyanın təbliği ilə vaxtaşırı Gürcüstan dövlətinə qarşı separaçı fəaliyyət içərisində olsa da, yaşayan azərbaycanlılar hökumətə sadiq qalıb. Təbii ki, bu məsələdə Bakının sərgilədiyi mövqe də mühümdür.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə mətbuata bəyanatında deyib ki, “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

Həqiqətən də Gürcüstan və Azərbaycan regionda mühüm meqalayihələri birgə icra edir. Bunlardan ən önəmlisi TANAP layihəsidir. Hansı ki, bu layihə ilə rəsmi Bakı Avropanın enerji təminatında ildən-ilə mühüm oyunçuya çevrilir. Gürcüstan isə ötürücü ölkə olaraq mühüm paya malikdir. Təbii ki, Gürcüstanın Batum və Poti limanları da Azərbaycanın dünya ticarətinə açılan pəncərələridir. Yəni iki ölkə arasında səmimi dostluqdan əlavə, həm də qarşılıqlı maraqlar çərçivəsində uğurlu əməkdaşlıq var.

Ümumiyyətlə, Gürcüstanın Azərbaycan üçün önəmini ölkə başçısının bu sözləri də gözəl ifadə edir: “Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.

Gürcüstanda son bir ildə baş verən daxili, siyasi proseslər də əslində Tbilisi-Bakı dostluğu baxımından mühüm sınaq oldu. Belə ki, 2024-cü idə Gürcüstanda baş verən parlament seçkiləri və sonrasında Qərbin reaksiyaları Tbilisinin daxili işlərinə müdaxilə kimi məsələlərdə Azərbaycan təmkinli mövqe sərgilədi. Azərbaycan Gürcüstanın daxili işlərinə müdaxilənin yolverilməz olduğunu dəfələrlə bəyan etdi, hətta seçkilərdə Azərbaycandan nümayəndələr də iştirak etdi. Mixail Kavelaşvilinin bu baxımdan səsləndirdiyi fikirlər diqqət çəkir:

“Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.
Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib”.


Yeni dünya düzənin formalaşdığı bir məqamda Bakı-Tbilisi münasibətlərinin daha da güclənməsi həm də regional aspektdən xüsusi əhəmiyyət kəsb edir.

Turan Rzayev
Politoloq


Xəbər 633 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +