Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


11.01.2019  11:34 

Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib? - Nazirlikdən reaksiya





A+  A-

Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Z. Oruc bildirib ki, bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb: “Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir. Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər. Peyvəndin qiyməti 38 manatdır”

“Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlayıb.

O qeyd edib ki, dünyada “donuz qripi” nə qarşı peyvənd yoxdur: “Mövsümi qrip peyvəndi var. Sadəcə özəl klinikalar qonşu Gürcüstanda yayılan “donuz qripi” virusundan istifadə edərək əhaliyə dərmanları satmaq üçün qripə qarşı xaricdən peyvəndlər gətiriblər. İndi kimsə istəyirsə, həmin klinikalara müraciət edib peyvənd oluna bilər. Qiymətinin də 38 manat olduğunu deyirlər”.

P. Abubəkirov xatırladıb ki, Azərbaycanda Sovet dövründən bəri qrip vaksinasiyası planlı şəkildə həyata keçirilməyib:

“Ona görə də dövlət xəstəxanalarında qripə qarşı peyvəndlərin olmasına ehtiyac duyulmayıb.
Bizim camaat rəsmi xəbələrdənsə, blokun ağzında danışılan məlumatlara daha çox inanır. Sadəcə biz qonşu Gürcüstanda aşkar edilən “donuz qripi” virusuyla əlaqədar dezinfeksiya işləri aparırıq. Həmçinin gömrük-sərhəd keçid məntəqələrində termokameralar quraşdırmışıq. Gürcüstandan Azərbaycana gələnlərdə temperatur varsa onu yoxlayırıq. Bu günə kimi 900-ə yaxın şəxs temperaturla Gürcüstandan Azərbaycana gəlib. Onlardan analiz götürülüb və Respublika Taun Əleyhinə Stansiyaya göndərilib. Heç birində də “donuz qripi” virusu aşkarlanmıyıb”.

Xəbər 1773 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +