İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


25.02.2025  15:20 

“Ağsu” mehmanxanası bağlandı





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli mehmanxananın fəaliyyətini dayandırıb.

XəzəraNews.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, DYNX tərəfindən Ağsu şəhəri, Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Obyektin yanğınxəbərverici siqnalizasiya, tüstüdən mühafizə qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsinə yol verildiyi, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmadığı və s. nöqsanlar aşkarlanıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Ağsu” mehmanxanasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Xəbər 704 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +