Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


11.09.2023  09:12 

Separatçı rejim Ağdam yolundan istifadəyə razı olub





A+  A-

Dağlıq Qarabağdakı separatçı rejim humanitar yardımların çatdırılması üçün Ağdam yolundan istifadəyə razı olub.

Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, eyni zamanda qəbul edilən qərara görə, Laçın dəhlizi ilə Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə humanitar yüklərin daşınması bərpa ediləcək.

Separatçılar bunu belə izah ediblər ki, məqsədləri `total blokada şəraitində kəskin humanitar böhranı yüngülləşdirmək olub`.

Rusiya elan edib ki, Ağdam yolu ilə Qarabağa humanitar yardım göndərir.

Azərbaycan tərəfi hələ ki bu haqda açıqlama verməyib.

Bundan öncə bildirilmişdi ki, Azərbaycanın göndərdiyi 40 ton undan ibarət humanitar yardım Ağdamda dayanıb. Separatçılar onu qəbul etməkdən imtina ediblər.

Ermənistanın və Fransanın göndərdiyi humanitar yardımı isə Azərbaycan Laçın dəhlizindən buraxmırdı. Bildirirdi ki, onun icazə olmadan Qarabağa heç kəs özbaşına yardım göndərər bilməz./yenisabah.az



Xəbər 1503 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +