Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.05.2022  12:07 

Siyavuş Novruzovdan analoqu olmayan təklif





A+  A-

Azərbaycanda Mili Məclisin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən bloqerlərlə mübarizə aparan şəxslərə orden və medalların verilməsi təklif edilib.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın təsis edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ətraf mühitin qorunması deyərkən təkcə ağacların, ekologiyanın mühafizəsi nəzərdə tutulmur:

“Bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətraf mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var. Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mədəni dəyərlərinə ziyan gətirən bloqerlər var ki, onlar əxlaqdan, etikadan kənar, həm Milli Məclisin, həm də dövlətin, dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də orden, medallar ilə təltif etmək lazımdır”.

Xəbər 4922 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +