Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


01.02.2023  13:37 

Rayonlara gedən avtobuslarında qiyməti artacaq





A+  A-

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının ötən gün keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

İctimai nəqliyyatdakı qiymət artımının rayonlararası avtobuslarda da gedişhaqqına təsir edib-etməyəcəyi sual yaradıb. Belə ki, bu məsələ sosial şəbəkələrdə istifadəçilər arasında da müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Samir Səfərov bildirib ki, imzalanan qərara əsasən təyin olunan siyahıdakı 5-ci tarif məhz rayonlararası avtobuslara şamil olunub. Yəni müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib: "Hazırda şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə yeni tarif cədvəlinin hazırlanması istiqamətində iş görülür. Cədvəl saytda yerləşdiriləcək”.

Qeyd edək ki, yeni tarifə əsasən 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir./“Qafqazinfo”

Xəbər 975 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +