Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


06.09.2022  22:35 

Səlim Müslümovun nömrəsini alan jurnalisti təhdid edib





A+  A-

"Bu gün axşam saatlarında Səlim Müslümovun 15 min manatlıq nömrəsini alan naməlum şəxs tərəfindən təhdid edildim".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə "Poliqon" İnformasiya Agentliyinin (pia.az) Baş redaktoru Azər Qaramanlı çıxış edib.

Baş redaktor bildirib ki, saat 20.32-də telefonun 051 999 99 99 nömrəli teelefondan zəng gəldi və naməlum şəxs məndən salam-kəlamsız "Səlim Müslümov şəxsi mobil nömrəsini satışa çıxardı: 15 min manat" adlı yazını saytdan çıxartmağı tələb etdi:

"Həmin adam bildirdi ki, Səlim Müslümovun nömrəsini o, alıb. Və çox tərbiysizcə yazını saytdan çıxarmamı tələb etdi. Qeyd elədi ki, belə xəbərləri ondan icazəsiz necə dərc etmişik. Məndə dedim ki, sayta xəbər qoyanda ondan icazə almayacağıq və xahiş elədim ki, bir daha məni narahat eləməsin. Telefonu söndürdüm və min adam dəfələrlə zəng etməsinə baxmayaraq bir daha açmadım. Sonra həmin şəxs 051 400 00 00 nömrəsindən zəng etdi. Mən yenə telefonu açmadım. Bir qədər sonra mənə 010 201 20 11 nömrəsindən zəng gəldi. Telefonu açdım və bildirdim ki, bir daha məni naarahat etməsin. Bunun cavabında isə qarşı tərəf söyüşlərlə məni təhdid etməyə başladı. Mən onun cavabını verdikdən sonra qeyd elədim ki, bu təhdidlə bağlı 102-yə zəng edəcəm. Bundan sonra qarşı tərəf susdu və telefonu söndürdü".

A.Qaramanlı bildirib ki, baş verənlərlə bağlı 102-yə zəng elədim, mənə məsələnin araşdırılacağı bildirildi.

Xəbər 2795 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +