Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


11.04.2021  09:11 

Seyran Ohanyana qarşı daha bir ittiham





A+  A-

Ermənistanın bir sıra keçmiş məmurları "Dzora SES"in özəlləşdirilməsi prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə əlaqədar açılan cinayət işi üzrə ittiham olunurlar.
XəzərNews.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətinin məlumatına görə, iş üzrə ibtidai istintaq başa çatıb. İttiham olunanlar sabiq müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyandır.

İstintaq məlumatlarına əsasən, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyanın imzaladığı gizli qərarla bir sıra qanunları pozaraq "Dzora" SES QSC-nin 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində olan səhmlərinin bloku - "Dzoraget Hydro" üçün nəzərdə tutulan 3 milyard 600 milyon dramı (təxminən 7 milyon dollar) mənimsənilib.

Üstəlik, enerji və təbii sərvətlər Naziri Armen Movsisyanın təklifi ilə hökumət kiçik su elektrik stansiyaları üçün elektrik enerjisi istehsalının maksimum həcmini əvvəlki 10 MVt-dan 30 MVt-a qaldırıb.

Bundan başqa, ölkədə su elektrik enerjisinin inkişafını təşviq etmək bəhanəsi ilə, amma əslində - "Dzoraget Hydro" MMC-yə fayda yaratmaq üçün Nazaryan və komissiya üzvləri hökumətin qərarını yekdilliklə təsdiqləyiblər.

Beləliklə, 26,4 MVt gücündə "Dzoraget Hydro" kiçik su elektrik stansiyaları siyahısına daxil edilib. Nəticədə, istintaq orqanının hesablamalarına görə, "Dzoraget Hydro" 2012-2019-cu illərdə 7 milyard dramdan (təxminən 1,4 milyon dollar) çox əlavə qazanc əldə edib.

Cinayət işi üzrə istintaq materialları Baş prokurorluğa göndərilib.

Xəbər 1977 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +