Hakan Fidan Hikmət Hacıyevi qəbul edib
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Bəylər Əyyubova müavin təyin edilib - Foto
Azərbaycanda bu universitet ləğv olundu
Bakının adamı şikəst edən keçidləri
Qarla bağlı XƏBƏRDARLIQ
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü
Şəhidin xatirə lövhəsi niyə sökülüb?
Prezident Administrasiyası dəyirmi masa keçirir
Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi


24.02.2025  12:36 

Mətləb Bağırova hökm oxundu





A+  A-

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O bildirib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib: "Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin".

Mətləb Bağırovun vəkili müdafiə etdiyi şəxsin məhkəmədə sərgilədiyi davranışın da nəzərə alınmasını söyləyərək, ona bəraət verilməsini xahiş edib.

Daha sonra Mətləb Bağırov son söz deyib. O, hakimlərdən ədalətli qərar verilməsini xahiş edib: "Məhkəmədən xahiş edirəm ki, mənə bəraət verilsin. Hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində əziyyətimi çəkən əməkdaşlara və vəkilimə də təşəkkür edirəm".

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Mətləb Bağırov 3 il jurnalist fəaliyyəti ilə məşğul olması qadağan edilərək, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.

Xəbər 329 dəfə oxunub.



25.02.2025  17:30 

Əli Əsədov yeni qərar İMZALADI

25.02.2025  17:25 

1 milyon TL məni susdura BİLMƏZ

25.02.2025  16:34 

Qarla bağlı XƏBƏRDARLIQ

25.02.2025  15:20 

“Ağsu” mehmanxanası bağlandı

25.02.2025  14:58 

Müjde Ar qəza keçirdi


BÜTÜN XƏBƏRLƏR +