Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
“Ocaq” sosislərində donuz əti DNT-si aşkarlandı
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


18.10.2023  09:17 

Bakıya narkotik gətirmək istəyən İran vətəndaşı saxlanılıb





A+  A-

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən İran vətəndaşı Lavi Sefidgari Mohammad Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılıb.

Xəzərnews.az DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, onun idarə etdiyi avtomobilə baxış zamanı 4 kiloqram narkotik vasitə tiryək və 1 kiloqram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitəninin satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığını alıb.

Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdikləri digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər Gəncə şəhər sakini İsmayıl Quliyev saxlanılıb. Ondan ümumilikdə 6 kiloqram, o cümlədə 4 kiloqram heroin və 2 kiloqrama yaxın meteamfetamin aşkarlanıb.

Biləsuvar RPŞ əməkdaşları tərəfindən son 1 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Rayon ərazisində cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 105 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bundan əlavə, Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində ayrı-ayrı rayon sakinindən 21 ədəd müvafiq sənədləri olmayan odlu silah aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Xəbər 1007 dəfə oxunub.




11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +