Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
“Ocaq” sosislərində donuz əti DNT-si aşkarlandı
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


08.11.2018  10:43 

“Yaşa görə pensiya alanların sayı azalır” - Nazir müavini





A+  A-

“2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri, sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır”.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, 2019-cu ilin büdcəsinə diqqət etdikdə demoqrafik vəziyyətə toxunmamaq mümkün deyil: “Azərbaycanda demoqrafik göstəricilərimiz çox yüksəkdir. Əhalimiz cavandır. 15-64 yaş arasında olan əhalinin sayı 71 faiz, 71 yaşdan yuxarı olanların sayı isə təxminən 6.3 faiz təşkil edir. Bilirsiniz ki, Avropada 65 yaşdan yuxarı olanların sayı daha yüksəkdir. Bizim əhalimizin tərkibində əmək qabiliyyətli olanların sayının çox olması mühüm sayılır. Əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı çox olduqda, o zaman pensiya sisteminin dayanıqlığı daha yaxşı olar. Çünki sosial sığorta haqları bu insanlardan asılıdır. Gələn il əmək qabiliyyətli əhalinin 5 milyona çatacağı proqnozlaşdırılır. 2019-cu ildə əhalinin gəlirləri 9 faiz artacaq. Növbəti ildə orta aylıq əmək haqqı 5,7 faiz artaraq 642 manata çatacaq. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olnur. Çünki pensiya yaşının artması buna təsir edib”.

Xəbər 1754 dəfə oxunub.




11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +