Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh
Maşın 7 saatdır ofisin qarşısındadır, amma AYNA-dan cərimə gəlib/Fakt
Bakının mərkəzində.... - Anbarda yanğın/Video
Siyavuş Novruzov parlamentə gəlmir - Nə olub?
Tərtərdə yeniyetmə intihar edib
İmamoğlu əhalini “TRT”ni boykot etməyə çağırıb
FTX Simferopol sakinini saxladı
BƏƏ, Qətər və İsrail İranı pulla alır? - ŞƏRH
Prezident İlham Əliyev Çinə rəsmi səfərə gedəcək
Təhsil idarələrinə yeni müdirlər təyin olunub


08.02.2018  09:48 

Atəşkəs 102 dəfə pozuldu





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
XəzərNews.az xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər 1379 dəfə oxunub.




21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı

19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi


BÜTÜN XƏBƏRLƏR +