Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı


07.08.2023  12:39 

Qiymətlər artır, infilyasiya yüksəlir...- Azərbaycanda





A+  A-

“Qiymət artımı prosesinin öz əvvəlki tempindən heç də fərqlənmədiyi müşahidə olunur. İlin ikinci yarısındayıq və ərzaq inflyasiyası kifayət qədər yüksək səviyyədədir. Xüsusən də ərzaq məhsulları bahalaşır. Buna görə də hökumət öz inflyasiya gözləntilərini artırıb”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bu il üçün inflyasiyanın yenə də ikirəqəmli şəkildə olacağı proqnozu irəli sürülüb. Vəziyyətin qarşısının alınması məqsədilə müəyyən addımlar atılır. Bununla, belə inflyasiyanı tam cilovlamaq mümkün deyil:

“İlin sonuna doğru enerji daşıyıcılarının qiymətlərinin bir az ucuzlaşacağı gözlənilir. Bu isə ərzaq və digər bazarlarda da qiymətlərin düşməsinə səbəb olacaq. Nəticədə ölkədə inflyasiya tempi azalacaq və qiymətlərdə sabitləşmə olacaq. Ancaq inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağı məlum deyil. Burada hökumətin tənzimlənən qiymətlərlə bağlı hansı siyasət yürüdəcəyi də mühüm rol oynayacaq. Əgər benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq. Hökumət diqqətini əsas etibarilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Əsas növ ərzaq məhsulları üzrə istehsal təhlükəsizlik səviyyəsinə çatdırılmalı, bu, mümkün olmadıqda isə idxal sahəsində vergi və rüsumlar sıfırlanmaqla bahalaşma cilovlanmalıdır”.

Xəbər 1191 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +