Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq


02.12.2021  15:49 

Generalın şilləvuranı





A+  A-

Rövşən Cahangirovun adı cəmiyyətə məşhur “Maşın şou” verilişindən tanışdır. “Toy tutmaq” üçün məşhurlaşmağa can atan manıslarla eyni sırada dayanması onu az da olsa məşhurlaşdıra bildi. Ona görə yox ki, nəsə qeyri-adi hərəkət etdi, ağıllı fikir səsləndirdi. Ona görə tanındı ki, yaxşı “tələ” qurdu, eyni cinahda mübarizə apardığı silahdaşını, adı hamımıza tanış olan Əməkdar artist Elton Hüseynəliyevi yarı yolda qoydu. Axşam razılaşıb, sabah kürəyinə “xəncər sapladı”. Yarışmaya jurnalist kimi qatılan adam bir gündə dönüb oldu fəndgir şou nümayəndəsi...

Sonra dəfələrlə şəxsi həyatı ilə gündəmə gəldi. Heç vaxt yazmasa da, ondan yazanların sayəsində bir gün Əməkdar jurnalist oldu. Əmək sərf etməyə-etməyə “əməkdar” olmağın zövqünü yaşadı.

İndi mayordur. Dövlət Sərhəd Xidmətində əməlli-başlı “kök atıb”. Deyirlər, Elçin Quliyev onsuz xeyrat yemir. Xeyirdə də, şərdə də generalın yanında olur. Hətta çox adam onu DSX rəisinin mühafizəçisi zənn edir. Çox güman ki, özü də bundan xəbərdardır. Yoxsa, dünən jurnalist, DSX-nın mətbuat katibi olduğunu unudub özünü mühafizəçi kimi aparmazdı. O da var ki, heç bir mühafizəçi onun etdiyini etməz...

Nələrin baş verdiyini bilirsiniz. Bilməyənlər üçün yazıram: Noyabrın 30-da qəza nəticəsində həlak olan hərbçilərlə dünən vida mərasimi keçirilirdi. DSX rəisi, general-polkovnik Elçin Quliyev də vida mərasiminə qatılmışdı. Baku TV-nin əməkdaşı bəzi mətləblərə aydınlıq gətirmək üçün generala yaxınlaşmaq istədi. Amma bizim Rövşən buna imkan vermədi, yumruq atıb jurnalistin yolunu kəsdi. Əməkdar jurnalist adını əmək sərf etmədən aldığı üçün həmin vaxt jurnalist peşəsinin onun gözündə bir qəpiklik qiyməti yox idi.

Tural Müseyibov Elçin Quliyevi ona görə danışdırmaq istəyirdi ki, danışmaq lazım gələndə Rövşən Cahangirov susmuşdu. Bu gün mətbuatda, sosial şəbəkələrdə çoxsaylı suallar payızda saralıb budağından qopan yarpaqlar kimi sağa-sola ona görə uçuşur ki, cənab Rövşən vaxtında həmin suallara cavab verməyib. Sən susduğun üçün bu gün hamı danışır. Mövzudan anlayışı olan da, olmayan da danışıb cəmiyyətdə xof, qorxu yarardır. Sən danışığını bilsəydin, onlar çoxdan susardı. Dünən məlum oldu ki, sən nəinki danışığını, heç hərəkətini də bilmirsən...

Seymur Verdizadə

Xəbər 1547 dəfə oxunub.




24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +