Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq


27.10.2021  11:42 

“Mənim oğlum onu zorlamayıb“ - Sənayın xalası danışdı





A+  A-

Xalası qızı Sənay Yağmura təcavüz etməkdə şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin anası Sürəyyə Ağayeva səslənən iddialarla bağlı danışıb.

XezerNews “qafqazinfo”ya istinadla xəbər verir ki, S.Ağayeva, həmin gün bacısı Zümrüdün ona zəng etdiyini deyib. O bildirib ki, Z. Yağmur qızı Sənayın çöldə qaldığını, getməyə yerinin olmadığını bildirib: “Mənə dedi ki, Əsgərə denən evə getsin, Sənay orada qalsın. Həmin vaxt Əsgər layihə yazırdı, Zümrüdə dedim ki, özün zəng elə, danış. Onlar danışıblar, Əsgər də deyib ki, gəlib qalsın. Bizim evin birinci mərtəbəsində ancaq mətbəx yerləşir, ikinci mərtəbədə yataq otaqlarıdır.

Onların şikayətindən sonra da Əsgərlə danışdım. Dedi ki, Sənayla aralarında heç bir yaxınlıq olmayıb. Deyirdi o, mənim bacımdır, bacım olaraq da qalacaq. Səhər də durub gülə-gülə kofe içiblər. Sonra Sənay deyib ki, onlayn konfransa qoşulmalıdır, ardınca da hotelə gedəcəyini deyib. O gedəndən sonra Əsgər ona zəng edərək evdən çıxdığını deyərək gəlib-gəlməyəcəyini soruşub. Qız da hələ işi olduğunu deyib. Bu olanlar ötən il avqustun 24-də olub, Zümrüdgil avqustun 27-də şikayət etdilər".

S. Ağayeva deyir ki, istintaq vaxtı Sənay və Əsgərin telefonundan 3 aylıq zəng və mesaj tarixçələri götürülüb: "Onların arasında bir dəfə də zəngləşmə, mesajlaşma aşkar olunmadı. Polis də, prokurorluq da işi dəfələrlə, uzun müddət araşdırdı. Cinayət olmadığı üçün iki dəfə işə xitam verildi”.

Əsgər Ağayevin anasının sözlərinə görə, oğlu da ona böhtan atıldığını deyir: “Məndən soruşurlar ki, bacı bacıya necə şər ata bilər? Deyirəm ki, əgər qız ataya, ana öz ərinə şər atırsa, mənim oğluma niyə şər atmasınlar?”

Xatırladaq ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Əsgər Ağayev Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xəbər 1607 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +