Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq


27.08.2019  15:27 

Həftəsonu hava soyuyacaq, temperatur enəcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, avqustun 26-sı gündüz ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin avqustun 26-sı axşamdan 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı 1-9, Sədərəkdə 14 mm olub.
XəzərNews.az xəbər verir ki, həftənin birinci yarısında hava şəraitini şimaldan hərəkət edən antisiklon təyin edəcək. Əksər rayonlarda havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında səhər və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən aşağı enəcək, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 21-26 dərəcə isti olacağı gözlənilir.

Həftənin son günlərində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, avqustun 30-da ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, avqustun 31-i, sentyabrın 1-də bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu tədricən aşağı enəcək. Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti olacaq. Şərq küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında

Avqustun 28-29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 29-33 dərəcə isti təşkil edəcək.

Həftənin son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək, arabir 18-23 m/s-dək güclənəcək. Hava nisbətən sərin olacaq, maksimal temperatur 23-25 dərəcə isti təşkil edəcək.

Xəbər 1315 dəfə oxunub.




24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +