Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


26.08.2021  09:54 

Millimiz mübarizəni dayandırdı





A+  A-

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəni dayandırıb.
XəzərNews.az xəbər verir ki, turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir.

Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur.

Komandamız qrup mərhələsində sonuncu oyununda Fransa yığması ilə qarşılaşıb. Görüş Fransa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa çempionatında komandamızın heyətində Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış ediblər.

Yığmamız Belçika, Rusiya, Serbiya, Bosniya və Herseqovina milli komandaları ilə oyunlarda 0:3 hesabı ilə məğlub olub.

Qrup mərhələsində bütün görüşlərini məğlubiyyətlə başa vuran Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.

Hesabında 12 xal olan Serbiya millisi qrupda birinci pillədə yer alıb. Belçika 8 xalla ikinci, Rusiya isə 7 xalla üçüncüdür. Bosniya və Herseqovina və Fransa komandaları 3 xalla 4-5-ci yerləri bölüşürlər. Aktivində xal olmayan Azərbaycan millisi qrupda sonuncudur.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 2278 dəfə oxunub.



30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +