Ədalət Verdiyevə bəraət verildi
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı
Bəxtiyar Hacıyevin şikayəti təmin olunmayıb
Fürsətcilin ÖZÜNÜİFŞASI


23.05.2019  08:46 

Saakaşvili Zelenskiyə məktubunda nə yazıb?





A+  A-

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığının bərpası ilə bağlı yeni Prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna”ya siyasətçinin vəkili Ruslan Çernolutski danışıb. Gürcüstanın keçmiş prezidenti məktubunda qeyd edib ki, yeni hakimiyyətdən heç bir vəzifə və imtiyazlar gözləməsə də, öz hüquqlarının müdafiə olunacağına və ədalətin bərpa ediləcəyinə ümid edir.

“Bütün hüquqşünaslar təsdiqləyir ki, mənim Ukrayna vətəndaşlığından çıxarılmam qeyri-qanunidir. Ukrayna Konstitusiyasında göstərilir ki, ukraynalının vətəndaşlığını ləğv etmək qadağandır. Beynəlxalq hüquqda isə göstərilir ki, insanı ümumiyyətlə vətəndaşlığı olmayan şəxs kimi saxlamaq olmaz”, - deyə məktubda bildirilib.

Qeyd edək ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu.

Xəbər 1479 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +