Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


11.04.2025  13:35 

Avropa yenə Ukrayna üçün toplaşdı





A+  A-

Aprelin 11-də Brüsseldə Böyük Britaniya və Almaniyanın müdafiə nazirlərinin sədrliyi ilə Ramşteyn formatında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 27-ci iclası işə başlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

"Almaniya və Böyük Britaniyanın həmsədr olması faktı vurğulayır ki, Avropa qitəsində sülh və azadlığı bərpa etmək üçün bizim xüsusi məsuliyyətimiz var. Və biz bu məsuliyyəti yerinə yetiririk. Ukrayna daha geniş münaqişənin episentrinə çevrilib”, - deyə Almaniyanın müdafiə naziri Boris Pistorus bildirib.

İclasda Ukraynanın müdafiə naziri Rustem Umerov iştirak edib.

Onun sözlərinə görə, Almaniya daha dörd IRIS-T hava hücumundan müdafiə sistemini raketlərlə, daha 30 raketi isə Patriot sistemləri ilə təmin edəcək. O, həmçinin bildirib ki, liderlər Ukraynanın yerli olaraq lisenziya əsasında raketlər istehsal etmək istəyini müzakirə edəcəklər.

Görüş başlamazdan əvvəl Pistorius deyib ki, orada 40-a yaxın ölkə, o cümlədən ABŞ da iştirak edəcək.

Xəbər 1973 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +