Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.08.2022  13:58 

Polis Lənkəranda 21 nəfəri saxladı





A+  A-

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Abasov saxlanılıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram 335 qram heroin və 520 qram tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İ.Abbasovun Liman şəhəri ərazisində zibillikdə gizlətdiyi bağlamadan 4 kiloqram 400 qram marixuana, 1 ədəd TOZ 8 markalı silah və silaha aid 24 ədəd patron aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə İ.Abasovun həmin narkotik vasitəni Liman şəhər sakini Vüqar Hüseynovdan satış məqsədilə əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 44 qram heroin və 67 qram tiryək aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməllərini törətməkdə şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1424 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +