Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.09.2017  16:09 

Mənsimovdan Ələkbərova ikinci zərbə - “Bu, saxtakarlıqdır”





A+  A-

“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Rusiyanın “Lukoil” şirkətini bir daha məhkəməyə verir.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mənsimov “Anadolu Agentliyi”nə açıqlamasında bildirib ki, bu ilin iyulun 17-də İngiltərədəki Ali Arbitraj məhkəməsinə müraciət edərək “Lukoyl”a bağlı Litasco şirkətinə 2 milyard dollarlıq təzminat davası açıblar: “Bu qorxu səbəbindən Lukoyl Litasco-nu satıb xilas olmaq istəyir. Birjaya açıq olduğu üçün bu, saxtakarlıqdır”.

Mənsimov Palmali ilə Litasconun 2005-ci ildə “10+5” illik razılaşma imzaladıqlarını və sazişə əsasən şirkətdən ümumi dəyəri 440 milyon dollar olan gəmi aldıqlarını, lakin şirkət sazişin şərtlərinə əməl etmədiyi üçün 4 milyard dollar itirdiklərini bildirib.

İş adamı hər iki şirkətin 2015-ci ildə yeni saziş üçün bir araya gəldiklərini qeyd edib:

“Hüquqi əsası olmayan bu saziş layihəsini razılaşmanın əldə olunması kimi təqdim etməyə çalışırlar. Lukoyl bu sənəddən Litasconu baha qiymətə satmaq və hissə dəyərinin birjada düşməməsi üçün istifadə edir.

Bizim 4 milyard dollara yaxın itkimiz var. Sazişə uyğun olaraq dəyən zərəri ödəmək məcburiyyətindədirlər. 2010-cu ildə Lukoylla Xəzər dənizindəki daşınma üçün imzaladığımız 10+10 illik ikinci anlaşmanı isə təktərəfli pozublar. Bunun üçün də Lukoylu ikinci dəfə məhkəməyə verməyə hazırlaşırıq. Lukoylun tələsik Litasconu satmağa çalışması bizə təsir etməz, borcumuzu təqib edəcəyik”.

Xəbər 1215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +